Azəri English Русский
Kreditlər
Depozitlər
Tariflər



Tələbə təhsilinin ödənişi üçün verilən kredit

Bu kredit növü övladları Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün Dövlət və özəl təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan (və ya alacaq) Azərbaycan Respublikası vətəndaşlarına, illik təhsil haqqının ödənilməsi üçün verilir. 

Kreditin şərtləri:

Sifarişçi

Tələbənin valideyni (gəliri və maliyyə durumu daha yaxşı olan valideyn)

Məbləğ

Min: 300 AZN

Max: 3 000 AZN

Müddət

Min:  3 ay

Max: 12 ay

Tələbənin sonuncu kursdakı təhsil haqqını ödəmək üçün kredit verilirsə, kreditin bitmə müddəti may ayına qədər təyin edilir.

Faiz dərəcəsi

illik 36 - 42 %  (1-ci müraciətdə 42%, 2-ci müraciətdə 40%, 3-cü müraciətdə 38%, növbəti müraciətlərdə 36%,)

Ödəniş növü

aylıq annuitet (hər ay bərabər ödənişlərlə)

Kreditin verilməsinin forması

Veriləcək kredit yalnız tələbənin təhsil aldığı (və ya alacağı) təhsil müəssisənin bankdakı hesabına nağdsız formada köçürülməlidir (heç bir halda kredit nağd şəkildə müştəriyə verilə bilməz)

Təminat

Kredit təminatlı və ya təminatsız formada verilir (Zərur hesab olunduğu təqdirdə girov təminatı (zinət əşyaları) tələb oluna bilər)

Ərizəçiyə qarşı tələblər

Tələb olunan sənədlər

1.    Şəxsiyyət vəsiqəsi;

2.    Təhsil müəssisəsindən orada tələbə olması barədə arayış (əsli);

3.    Tələbənin valideynlərinin gəlir mənbələri barədə sənədlər (iş yerlərindən arayışlar, digər gəlirlər olduğu təqdirdə onları təsdiq edən sənədlər, biznesi olduğu təqdirdə ekspress memorandum və skorinq);

Ərizəçinin gəlir mənbəyi

1.    Dövlət təşkilatı və ya sabit maliyyə durumu olan özəl  müəssisə;

2.    Özəl biznes fəaliyyəti;

3.     Dividendlər

Ərizəçinin qeydiyyatı

Azərbaycan Respublikası

(Parabankın filialları olan bütün rayonlar (Bərdə daxil olmaqla))

Ərizəçinin (Kredit adına rəsmiləşdiriləcək valideynin) yaşı

Maks: 65 yaş

 

Ətraflı məlumat almaq üçün Parabankın Telefon Məlumat Mərkəzi - 139 nömrəsinə zəng edə bilərsiniz.