"Forex" Əmanəti
"Forex" əmanətinin mahiyyəti
Valyuta məzənnələrinin qeyri stabil bir dövründə bir valyuta məzənnəsinin bir müddət sonra hansı dəyərdə olacağıni əvvəlcədən müəyyən etmək çox çətindir. Öz vəsaitlərini hansı bir valyutada saxlayacağını hələ də müəyyən etməyən müştərilər üçün biz Forex əmanətini təqdim edirik. Bu unikal əmanət üzrə siz vəsaitinizi üç valyutada yerləşdirmək və hesablanmış faizləri itirmədən vəsaitinizi limitsiz sayda bir valyutadan digərinə çevirmək imkanının qazanırsınız. Beləliklə Forex əmanətindən istifadə etməklə siz nəinki yerləşdirilmiş əmanət üzrə faizlər qazanırsınız, həmçinin valyuta məzənnələrinin dəyişməsindən özünüzü sığortalayırsınız.
Forex əmanətinin üstünlükləri:
- Siz əmanətin qüvvədə olma müddətində istənilən an və limitsiz sayda əmanətinizi bir valyutadan digərinə çevirə bilərsiniz.
- Sizə, əmanətin qüvvədə olma müddətində bir dəfə, əmanətin 10%-i qədər məbləği heç bir cəriməsiz vaxtindan əvvəl götürmək imkanı verilir (Əmanət üzrə kredit xətti götürən müştərilərə bu xidmət şamil olunmur).
- Bu əmanət valyuta məzənnələrinin kəskin dəyişdiyi dövrdə sizi itkilərdən sığortalayır.
- Əmanətin yerləşdirildiyi zaman müəyyən olunmuş faiz dərəcəsi əmanətin müddətinin sonuna qədər və həmçinin bir valyutadan digərinə çevirmələr zamanı belə dəyişilməz olaraq qalır.
- Yerləşdirilmiş əmanətin 80 % -i həcmində kredit limiti verilir. Ayrılmış kredit xəttinin müəyyən bir hissəsi nağd, müəyyən hissəsi isə kredit kart vasitəsi ilə müştəriyə təqdim olunur. Bu nisbət, həmçinin, hədiyyə olunacaq plastik kartın növü, qoyulmuş əmanətin ilkin məbləğindən asılı olaraq dəyişir.
Depozitin məbləği AZN/USD
| "Səyahət sığortasının" və Priority Pass xidmətinin müddəti | Kredit kartının növü | Güzəştli kredit müddəti | Kartla verilən kreditin xəttinin limiti AZN/USD |
1000 - 2000 | ─ | Visa-Elektron | - | - |
2001 - 10 000 | ─ | Visa-Classic | 27 gün | 2500 |
10001- 25 000 | 1 il | Visa-Gold | 27 gün | 2500 - 5000 |
25 001-100 000 | 1 il | Visa-Platinum | 37 gün | 5000 - 20000 |
100 001 - dən yuxarı | 1 il | Visa-İnfinite | 37 gün | 20000 - 40000 |
Müştərilər bu kartları əldə etməklə aşağıdakı üstünlükləri əldə edə bilərlər. Bu üstünlüklər əmanət ən azı bir illik yerləşdirdirildikdə qüvvəyə minir.
- Priority pass xidmətinə üzvlük və Priority Pass kartı ilə plastik kartların növünə uyğun olaraq Hava Limanlarında VİP Lounges-lardan istifadə sayı bank tərəfindən ödənilir. Bu kartın müddəti başa çatdıqda 1 illik təkrar verilir.
- Səyahət Sığortası. Bu sığortanın müddəti başa çatdıqda bir illik təkrar müştəriyə təqdim olunur.
- MobilBank
- Güzəştli kredit müddəti (məbləğdən asılı olaraq 27-37 gün)
- Komissiyionsuz nağdlaşdirmə (AzeriCard şəbəkəsi daxilində)
Şərtlər:
- Əmanət USD,AZN,AVRO valyutalarında qəbul olunur
- Əmanətin müddəti - 12 - 60 ay
- Minimal məbləğ - 500 USD /AZN/AVRO
- Maksimal məbləğ 1.000.000 USD /AZN/AVRO
- Faizlər ödənilməsi - aylıq və rüblük
- Müqavilə şərtləri pozularsa, əmanətin faizləri tələb olunan tarifə əsasən 2% olaraq hesablanır.
- Müqavilə şərtləri pozularsa, müştəriyə paket şəklində təqdim olunan kart və ona əlavə olunmuş faydalar bankın tariflərinə uyğun olaraq kartın bir illik satış haqqı məbləğində müştərinin əmanət hesabından tutulur.
- Əgər müştəri valyuta növünü dəyişərsə, verilmiş kreditin valyuta növü də müvafiq olaraq dəyişir.
- Müştəri valyuta növünü dəyişdirdikdə köhnə kart banka geri qaytarılır və ona yeni valyuta növündə rəsmiləşdirilən yeni kart 33 gün ərzində təqdim olunur.
- Kredit xətti yalnız uzunmüddətli əmanət/depozit yerləşdirmiş şəxslərə təqdim olunacaq.
- Kredit kartı vasitəsilə əldə edilən kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsinin üzərinə 6% əlavə olunmaqla hesablanacaq.
- Nağd şəkildə əldə edilən kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsinin üzərinə 8% əlavə olunmaqla hesablanacaq.
Qeyd: Əmanətin bir valyutadan digərinə keçirilməsi Milli bankın həmən gün üçün valyuta məzənnələrinə uyğun keçirilir və əmanətin məbləğindən 0.5% konvertasiya haqqı tutulur.
Əmanətin Valyutası | Əmanətin müddəti | Faizlərin ödənilməsi | |
Hər ay | 3 ayda bir dəfə | ||
AZN\ USD\EUR | 12 ay | 11.5% | 12% |
AZN\ USD\EUR | 24 ay | 12.5% | 13% |
AZN\ USD\EUR | 36 ay | 13.5% | 14% |
AZN\ USD\EUR | 42 ay | 14% | 14.5% |
AZN\ USD\EUR | 48 ay | 14.5% | 15.2% |
AZN\ USD\EUR | 60 ay | 15.5% | 16% |
Əsas müştəri seqmenti:
Forex əmanəti valyuta kurslarının dəyişməsi zamanı yarana bilən xərclərdən özünü sığortalamaq istəyən müştəri seqmenti üçün nəzərdə tutulub.


