"Avans" əmanəti
"Avans" Əmanətinin mahiyyəti:
Avans əmanəti, müştəriyə yerləşdirilmiş əmanətin faizlərini əvvəlcədən istifadə etmək imkanını yaradır. Bu əmanət növü xüsusən səyahətə yollananlar üçün çox əlverişlidir.
Avans depozitinin üstünlükləri :
- Əmanət üzrə faizləri qabaqcadan istifadə edtmək imkanı;
- Əmanət üzrə faizlərinizi qismən və yaxud bütövlükdə almaq imkanı.
- Yerləşdirilmiş əmanətin 80 % -i həcmində kredit limiti verilir. Ayrılmış kredit xəttinin müəyyən bir hissəsi nağd, müəyyən hissəsi isə kredit kart vasitəsi ilə müştəriyə təqdim olunur. Bu nisbət, həmçinin, hədiyyə olunacaq plastik kartın növü, qoyulmuş əmanətin ilkin məbləğindən asılı olaraq dəyişir.
Depozitin məbləği AZN/USD
| "Səyahət sığortasının" və Priority Pass xidmətinin müddəti | Kredit kartının növü | Güzəştli kredit müddəti | Kartla verilən kreditin xəttinin limiti AZN/USD |
1000 - 2000 | ─ | Visa-Elektron | - | - |
2001 - 10 000 | ─ | Visa-Classic | 27 gün | 2500 |
10001- 25 000 | 1 il | Visa-Gold | 27 gün | 2500 - 5000 |
25 001-100 000 | 1 il | Visa-Platinum | 37 gün | 5000 - 20000 |
100 001 - dən yuxarı | 1 il | Visa-İnfinite | 37 gün | 20000 - 40000 |
Müştərilər bu kartları əldə etməklə aşağıdakı üstünlükləri əldə edə bilərlər. Bu üstünlüklər əmanət ən azı bir illik yerləşdirdirildikdə qüvvəyə minir.
- Priority pass xidmətinə üzvlük və Priority Pass kartı ilə plastik kartların növünə uyğun olaraq Hava Limanlarında VİP Lounges-lardan istifadə sayı bank tərəfindən ödənilir. Bu kartın müddəti başa çatdıqda 1 illik təkrar verilir.
- Səyahət Sığortası. Bu sığortanın müddəti başa çatdıqda bir illik təkrar müştəriyə təqdim olunur.
- MobilBank
- Güzəştli kredit müddəti (məbləğdən asılı olaraq 27-37 gün)
- Komissiyionsuz nağdlaşdirmə (AzeriCard şəbəkəsi daxilində)
Şərtlər:
- Əmanət USD,AZN,AVRO valyutalarında qəbul olunur
- Əmanətin müddəti - 12 ay
- Minimal məbləğ - 5000 USD /AZN/AVRO
- Maksimal məbləğ - 1.000.000 USD /AZN/AVRO
- Faizlər əvvəlcədən ödənilir
- Müqavilə şərtləri pozularsa, əmanətin faizləri tələb olunan tarifə əsasən 2% olaraq hesablanır.
- Müqavilə şərtləri pozularsa, müştəriyə paket şəklində təqdim olunan kart və ona əlavə olunmuş faydalar bankın tariflərinə uyğun olaraq kartın bir illik satış haqqı məbləğində müştərinin əmanət hesabından tutulur.
- Kredit xətti yalnız uzunmüddətli əmanət/depozit yerləşdirmiş şəxslərə təqdim olunacaq.
- Kredit kartı vasitəsilə əldə edilən kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsinin üzərinə 6% əlavə olunmaqla hesablanacaq.
- Nağd şəkildə əldə edilən kreditin faiz dərəcəsi, əmanətin faiz dərəcəsinin üzərinə 8% əlavə olunmaqla hesablanacaq.
Cədvəl 1 Qabaqcadan faizləri tam ödənilərkən
Depozitin məbləği AZN\ USD\EUR | Depozitin müddəti | Depozitin faiz dərəcəsi AZN\USD | Depozitin faiz dərəcəsi EUR | Viza kartının növü |
5.000 - 10.000 | 12 ay | 11% | 8 % | Classic |
10.001 - 25.000 | 12 ay | 11% | 8 % | Gold |
25.001 -100.000 | 12 ay | 11% | 8 % | Platinum |
100.001- yuxarı | 12 ay | 11% | 8 % | Infinite |
Cədvəl 2 Qabaqcadan faizləri qismən ödənilərkən
Depozitin məbləği AZN\ USD\EUR | Depozitin müddəti | Depozitin faiz dərəcəsi AZN\USD | Depozitin faiz dərəcəsi EUR | Viza kartının növü |
5.000 - 10.000 | 12 ay | 13 % | 10 % | Classic |
10.001 - 25.000 | 12 ay | 13 % | 10 % | Gold |
25.001 -100.000 | 12 ay | 13 % | 10 % | Platinum |
100.001- yuxarı | 12 ay | 13 % | 10 % | Infinite |
Əsas müştəri seqmenti:
Avans əmanəti səyahətə çıxmağı planlaşdiran müştərilər üçün sərfəlidir, çünki faizləri əvvəlcədən götürüb səyahət zamanı asanlıqla istifadə etmək olar.


