Parabank ASC müştərilərin rahat məlumat almalarını təmin etmək üçün mərkəzləşdirilmiş çağrı sistemini yaradıb. Şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla Parabank və məhsulları haqqında ətraflı məlumat ala bilərlər. Bundan əlavə Azərbaycan Respublikasının hər bir bölgəsindən 012 139 nömrəsinə zəng edərək, bu xidmət növündən istifadə edə bilərlər. Bu xidmətdən müştərilər istifadə edərək, banka gəlmədən, bütün məhsullar, tariflər, valyuta məzənnələri, plastik kartlar haqqında məlumat ala bilərlər.
Qeyd edək ki, şəhər telefonlarından zənglər pulsuzdur. Bundan əlavə mərkəzi çağırış sistemindən istifadə edərək, müştərilər kredit müraciəti edə bilərlər. Müştərilər kredit müraciəti etdikdən sonra çox qısa bir vaxt ərzində bankımızın kredit üzrə məsləhətçiləri həmin müştərilə əlaqə saxlayaraq informasiya mübadiləsini təmin edir və kreditin verilməsi prosedurlarına uyğun olaraq işləmələri başlayır