Mən böyük fərəhlə , sizin diqqətinizə, Müstəqil Azərbaycanın bank sahəsində 1992ci ildə birinci olan və 19 ilə böyük hörmət qazanmış Parabank ASC ni təqdim edirəm.
2008 -2009 ildə inkişaf olunmuş və inkişafda olan ölkələr, bütün dünya maliyyə böhranına bürünmüşdü.Hərçənd ki, bizim üçün bu il kifayyət qədər pozitiv başladı,yeni filiallar açıldı,əlavə işçi heyəti götürüldü.Lakin yekun nəticələrə görə ödənişlərdə vaxtı keçən kreditlərin sayı artdığı üçün ümumi vəziyyət o qədərdə ürəkaçan olmadı.Buna baxmayaraq biz yeni mikro və MSİ məhsulları yaradırdıq və sahibkarlara kreditlərin verilməsini davam etdirirdik
Azərbaycanın iqtisadi bazarında bütün göstəricilərə görə müştərilərin tələblərinə uyğun gəlmək üçün Bankımız daimə öz üzərində çalışır.
Parabankın fəaliyyətinin əsas istiqamətindən söz gedərkən müştərilərin daha çox üstünlük verən Mikro və MSİ seçimini qeyd etmək lazımdır.Kredit fəaliyyətini davam etdirmək üçün biz quvvətli və əzmli depozit bazasından yararlanırıq.Parabankın 16 filialından ,7si regionlarda yerləşir.Bu xüsusiyyət Mikro və MSİ kreditlərinin regionlarda genişləndirilməsinə imkan yaradır.Yeni xidmətləri tətbiq edən zaman ,biz öz müştərilərimizin rahatlığını və təhlükəsizliyini düşünürük.Son təkliflərimizdən biri də təhsil,səhiyyə ,bələdiyyə işçilərinə qrup şəklində rəsmiləşən kreditlərdir.Bundan əlavə lombard,avto ,təhsil üçün nəzərdə tutulan kreditlərə də böyük önəm verilir.
Biz anlıyırıq ki ,kredit sahəsində daimi inkişaf üçün Bank öz müştərilərinə münasib tariflərlə təkliflər etməlidir.Bunu Banka yönəndirilmiş investisiya layihələri və texniki dəstək vasitəsi ilə əldə etmək olar .Bunları nəzərə alaraq biz əməkdaşlığın inkişafına boyük önəm verib və hal-hazırda aparıcı DFI, EBRD, IFC, ADB maliyyə institutları ilə danışığlar aparırıq.Bankımız Alman -Azərbaycan fondu ilə əməkdaşlıq yaradan birinci banklardandı.,həmçinin biz Azərbaycanda mikromaliyyə fəaliyyətini genişləndirmək məqsədilə mikro maliyyə donorları ilə əlaqələrimizi inkişaf etdiririk