Parabank müştərilərinə pul vəsaitlərin və qiymətlilərin inkassasiyası xidmətini təklif edir.Böyük həcmdə nağd vəsaitlərin daşınmasında yaranan problemləri aradan qaldırmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Qiymətlilər və pul vəsaitləri müştəri ilə razılaşdırılmış vaxta çatdırılır.
Sənədli inkassoda bank, öz müştərisinin (satıcı) göstərişi ilə, bütün sənədləri alıcının bankına, sənədlərin alıcıya təhvil verilməsi üzrə bütün şərtlərin göstərildiyi inkasso tapşırılığı ilə birlikdə göndərir. Sənədli inkasso alıcının nöqteyi-nəzərindən mükəmməl variant hesab olunur, çünki bütün risklər satıcının üzərinə düşür. Məhz satıcı ona ödənişin aparılacağına əvvəlcədən zəmanət almadan malı göndərməlidir. Parabank bu növ əməliyyatları yalnız aşağıda qeyd olunan hallarda təqdim edir: - satıcı (ixracatçı) və alıcı (idxalçı) bir birlərinə etibar etdikdə - alıcının ödənişi icra etməsinə imkanının və istəyinin olmasına şübhə olmadığı halda- ticarət aparan ölkələr öz siyasi, iqtisadi və hüquqi durumunun sabitliyi ilə seçildiyi halda.