Beynəlxalq hesablaşmaların rahat və minimal risklə gerçəkləşdirilməsi məqsədilə, Parabank öz müştərilərinə aşağıdakı xidmətlərdən istifadə etməyi təklif edir:
•· Akkreditivlər-həm manat, həm də xarici valyutada (lazım olduqda, birinci dərəcəli beynəlxalq banklar tərəfindən təsdiqlənən və ya təsdiqsiz).
•· Bank Zəmanətləri
•· Sənədli inkasso
Akkreditivlər.
Bankın öz üzərinə götürdüyü və bankın müştərisinin göstərişinə əsasən, akkreditivdə göstərilən və onun şərtlərinə müvafiq olan sənədlərin təqdim olunması müqabilində, akkreditivdə qeyd edilən məbləğin benefisiara (malın satıcısına) ödənilməsini təmin edən şərtli öhdəlikdir. Qabaqcadan və çatdırılma müqabilində ödənişlərdən fərqli olaraq, akkreditiv vasitəsilə hesablaşmada sövdələşmənin (müqavilənin) hər iki tərəfi öhdəliklərin pozulmasından sığortalanmış olurlar. (bankın xarici əlamətlərinə görə sənədlərin saxta olduğunu müəyyənlləşdirə bilmədiyi hallar istisna olmaqla)Başqa sözlə, Siz bizimlə, Sizin partnyorunuz (malın saticisi) tərəfindən malın keyfiyyətini və digər xarakteristikalarını, malın göndərilməsini təsdiq edən nəqliyyat, gömrük və s. kimi lazımi sənədlərin bizim banka təqdim olunduğu təqdirdə, göndərilən mallar üçün akkreditivdə göstərilən məbləğdə ödənişin həyata keçirilməsi haqda müqavilə bağlayırsınız. Akkreditivin şərtlərində malın daşınması, göndərilməsi, sığortalanması şərtləri əvvəlcədən razılaşdırılır və bu yolla xarici ticarət risklərı aradan qaldırılır.
•· malın çatdırılmaması riski;
•· keyfiyyətsiz malın göndərilməsi;
•· sığorta riskləri
Parabank fəal olaraq, iri xarici kredit təşkilatları ilə müxbir əlaqələrini inkişaf etdirir və möhkəmləndirir və bu, bizim banka öz partnyorlarına bütün növ sənədli əməliyyatlar (inkasso, akkreditiv, bank zəmanətləri) üzrə əməkdaşlıq təklif etməyə imkan verir. Bankın akkreditivləri tanınmış maliyyə institutları tərəfindən təsdiqlənir. Xarici bankların təqdim etdiyi kredit xəttləri Parabanka, partnyorlarına xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi üzrə sərfəli şərtlərlə xidmətlər təklif etməyə imkan yaradır. Parabank öz müştərilərinə aşağıda sadalanan sənədli əməliyyatların həyata keçirilməsi üzrə bütün növ xidmətləri təklif edir:
•· ixrac akkreditivləri;
•· birinci dərəcəli banklar tərəfindən təsdiq edilən və təsdiqsiz idxal akkreditivləri (örtüksüz, sonradan maliyyələşdirmə);
•· Azərbaycan ərazisində Parabank öz müştərilərinə akkreditivləri həm manatla, həm də xarici valyutada açır.
Bank zəmanətləri.
Müqavilənin bağlanması üzrə danışıqlar aparan hər bir təşkilat, sözsüz ki, sövdələşmədə iştirak edən digər tərəfin öz üzərinə götürdüyü öhdəlikləri icra edəcəyindən əmin olmaq istəyir. Bank zəmanəti- öhdəliklərin icrasının təmin olunmasını nəzərdə tutan geniş yayılmış və tez-tez istifadə olunan bir alətdir. Zəmanətdən istifadə, Sizə, əvvəlcədən ödəniş etməməyə və yalnız çatdırılma müqabilində və yaxud möhlətli ödəniş həyata keçirməyə imkan verir. Eyni zamanda, bizim bankın göstərişinə əsasən, birinci dərəcəli banklardan zəmanətlərin alınması da mümkündür.Parabanköz müştərilərinə müxtəlif növ zəmanətlər təklif edir:
•· ödəmə zəmanəti (birinci dərəcəli bank tərəfindən təsdiq edilən və ya təsdiqsiz);
•· avans zəmanəti;
•· müqavilənin icra edilməsinə zəmanət;
•· tender zəmanəti;
•· digər zəmanət növləri;
•· zəmanətlərlə bağlı bütün əməliyyatların həyata keçirilməsi (zəmanətin avizo olunması, ödəmə tələbinin verilməsi və s.)