homemailazruen

Beynəlxalq pul köçürmələri

Müştərilər Parabank ASC - nin beynəlxalq pul köçürmələri xidmətindən istifadə edərək, dünyanın 200 dən artıq ölkəsinə sürətli pul köçürmələri edə bilərlər.

Parabankın pul köçürmələri sistemlərinin üstünlükləri:

"Western Union" pul köçürməsi sisteminin Azərbaycandə rəsmi distribyutorudur.

  • Köçürmələri sistemin çoxluğu
  • Prosedur qaydaların sadəliyi
  • Dünyanın 200 dən çox ölkəsinə minimal 3 maksimal 15 dəqiqə ərzində pul köçürmələrini həyata keçirmək imkanı
  • Komisyon haqqı yalnız göndərən şəxs tərəfindən tariflər üzrə ödənilir. Alan şəxs heç bir komisyon ödəmir.
  • Sənədləşmə çox asan və yalnız şəxsiyyət vəsiqəsində olan məlumatlarla həyata keçirilir.
  • Vəsaitin ən qısa vaxt ərzində (3-15 dəq) alan şəxsə çatdırılmasına zəmanət veririk.

«Western Union» sisteminə Parabank Azərpoçtun 200-ə yaxın məntəqəsini qoşmuşdur. Bundan əlavə Parabankın bütün Bakı şəhərində o cümlədən, regionlarda yerləşən filialları vasitəsi ilə həmin sistemlərdən istifadə edə bilərsiniz.

Pul köçürmələrinin prosedur qaydaları

Pulun göndərilməsi / alınması üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Parabank-a gəlməlidir.

Pul köçürməsi göndərilərkən Göndərən aşağıdakıları qeyd etməlidir:

  • Köçürmənin məbləği
  • Alanın olduğu şəhər və ölkə
  • Alanın tam adı
  • Göndərənin tam adı
  • Göndərənin telefon nömrəsi
  • Göndərənin ünvanı

Pul köçürülərkən, konvertasiya (valyuta mübadiləsi) xidmətindən istifadə edərək xarici valyutada həmin vəsaiti alan şəxsin adına köçürə bilərsiniz.

Bütün prosedur qaydaları bitdikdən sonra müştəriyə həmin köçürmənin kodu ilə yanaşı çıxarış verilir. Müştəri öz növbəsində həmin kodu alan şəxsə bildirməlidir.

Pul köçürməsi alınarkən Alan aşağıdakı məlumatları verməlidir:

  • Şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
  • Köçürülmüş vəsait
  • göndərən şəxsin tam adı
  • Pulun hansı şəhər və ölkədən göndərildiyi
  • Köçürmənin nəzarət nömrəsi

Parabank Western Union, Bistraya Poçta, Zolotaya Korona, Privat Money, Caspian Money Transfer, Asia Express beynəlxalq pul köçürmə sistemlərinə qoşulmaqla pul vəsaitinin rahat göndərilməsi və alması imkanı yaradır.

10561080108910911085108610821_446_01

Maksimal məbləğ - 7400$. Valyuta növü: USD. Məntəqələrin sayı - 335 000-dən artıq. Köçürmə vaxtı 1-10 dəqiqə.Köçürmənin həyata keçməsi üçün bank hesabı açmaq lazım gəlməyəcəkdir, etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur. Köçürmə ilə birlikdə məlumat (20 sözdən çox olmayaraq). Siz köçürmə ilə bərabər, onu blankın müvafiq bölməsinə latın şrifti ilə yazmaqla, qısa xəbər göndərə bilərsiniz; Nəzarət nömrəsini 10 rəqəmdən ibarətdir. Ünvansız sistemdır. Xidmət haqqı yalnız göndərən müştəri tərəfindən ödənilir. Xidmət haqqı məbləğdən və ölkədən asılıdır.

10561080108910911085108610822_261_01

Əhatə coğrafiyası: MDB ölkələri , Gürcüstan. Maksimal məbləğ : 15000. Valyuta növü: USD/EUR. Köçürmə vaxtı: 1 Dəqiqə. Köçürmənin həyata keçməsi üçün bank hesabı açmaq lazım gəlməyəcəkdir.Nəzarət nömrəsini 10 rəqəmdən ibarətdir. Ünvansız sistemdır (ölkəsiz ). Xidmət haqqı yalnız göndərən müştəri tərəfindən ödənilir. Xidmət haqqı : Köçürülən məbləğin 2% , minimal 5 USD/EUR.

10561080108910911085108610824_438_01

Əhatə coğrafiyası - MDB ölkələri, Gürcüstan, Portuqaliya Latviya və Kipr. Maksimal məbləğ - 10 000 USD/EUR. Valyuta növü - USD/EUR. Köçürmə vaxtı - 1 Dəqiqə. Köçürmənin həyata keçməsi üçün bank hesabı açmaq lazım gəlməyəcəkdir. Nəzarət nömrəsini 12 simvoldan ibarətdir. Kodun daxilində hərflərdə mövcud ola bilər. Ünvansız sistemdir. Xidmət haqqı yalnız göndərən müştəri tərəfindən ödənilir. Xidmət haqqı : Köçürülən məbləğin 3% , minimal 3 USD/EUR

korona_logo_213_01

Əhatə coğrafiyası - MDB ölkələri və Çin. Maksimal məbləğ: 20 000 USD / 500 000 RUR. Valyuta növü - USD/RUR. Tarif - Köçürülən məbləğin 1,5%-i.

caspianmoneytransfer_211_01

Əhatə coğrafiyası: 46 ölkə, o cümlədən Baltikyanı dövlətlər və MDB ölkələri, ABŞ, Böyük Britaniya,Çin. Maksimal məbləğ - məhdudiyyətsiz. Valyuta növü: AZN\USD/EURO/RUR. Tarif: Köçürülən məbləğin 1.5% (AZN/USD/EUR/RUR). Xidmət haqqı yalnız göndərən müştəri tərəfindən ödənilir Köçürmə vaxtı - 5 - 10 dəqiqə. Köçürmənin həyata keçməsi üçün bank hesabı açmaq lazım gəlməyəcəkdir. İnteqrasiya olunan sistemlər ( LİDER, AVERS , Zolotay Korona). Pul vəsaiti konkret ünvana göndərilir (Ünvanlı Sistem)

logo_419

Əhatə coğrafiyası: MDB ölkələri. Köçürmə üçün minimal komissiya - 2%. Köçürmə 2 dəqiqə ərzində həyata keçirilir.