homemailazruen

Bank tarixi

Bankın tarixini əsasən 4 hissəyə ayırmaq olar:

1991

Yaranması

Bankın yaranması və Mərkəzi bankdan lisenziyanın alınması

1991-2000

Özünü tanıtma dövrü

Bankın inkişafının bu dövründə ölkəmizdə təxminən 300-ə yaxın bank fəaliyyət göstərirdi və bu dövr yüksək inflasiya və bankların müflisləşməsi ilə müşayiət olunurdu. O dövr üçün ən əsas vəzifəmiz müştərilərimizin inamını qazanmaq idi.

Bu dövrdə bank öz şəbəkəsini inkişaf etdirməyə başladı və Kommersiya Bankları Assosiyası və İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi.

2000-2007

Xarici Maliyyə İnstitutları ilə Əməkdaşlıq

  • 2002-ci ildən Parabank Alman-Azərbaycan Fondu ilə əməkdaşlıq yaratmağa başladı və bu əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlıq üçün 2 mln avro məbləğində kredit xətti əldə etmişdir. Bu dövrdə Bank 2003-cü ilin nəticələrinə görə Pricewaterhousecoopers şirkəti tərəfindən beynəlxalq İFRS hesabatını əldə etmişdir.
  • Parabank Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu
  • Bank Visa Klirinq sisteminin üzvü seçildi.

2007-2010

Yüksək İnkişaf Dövrü

  • Bank 2008-2010-cu illəri əhatə edən strateji inkişaf planını tətbiq etdi.
  • Bank öz baş qərargahını Səməd Vurğun 60-da seçməklə tarixi bir addım atdı.
  • Bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvlüyünü əldə etmişdir.
  • Bank, Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsi seçilmişdir və ölkəmizin 26 bankında cümlədən Azərpoçt-un 140 məntəqəsində bu pul köçürmə sisteminin yaranmasına nail olmuşdur.
  • Bank yüksək xidmət səviyyəsinə görə beynəlxalq İSO sertifikatı ilə ( İSO 9001-2000) ilə təltif olunmuşdur.
  • Hal-hazırda bankın 16 filialı fəaliyyət göstərir. Bunlardan 8-i reqionlarda fəaliyyət göstərir. Həmçinin bankın yeni açılmış lakin hələlik lisenziya əldə etməmiş iki filialı vardır.