homemailazruen

Qısa məlumat

Parabank 1991-ci il Dekabrın 3-də yaranmışdır və bu günə qədər Azərbaycan bank sektorunda öz stabilliyi və daimi inkişaf etməsi ilə seçilmişdir.
Parabank həm fərdi həm də korporativ müştərilər üçün kreditlər, depozitlər, pul köçürmələri, xəzinədarlıq xidmətləri,nəğd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS Terminal və digər növ xidmətlər təklif edir. Biz yeni və əlverişli məhsullar yaratmaqla müştərilərimizin həyat və gündəlik yaşamını rahatlaşdırmağa çalışırıq. Bu tip məhsullardan sonuncusu kimi müəllimlər, həkimlər, fermerlər və bələdiyyə işçiləri üçün verilən Qrup kreditlərini nümunə kimi göstərmək olar. Bank yüksək səviyyəli xidmət göstərdiyi üçün Beynəlxalq İSO 9001-2008 sertifikatına layiq görülmüşdür.

Bu gün üçün 10.000-dən çox insan bizə güvənir.Bankımız ölkəmizin bir cox bölgələrində oz filial çəbəkəsi vasitəsi xidmət göstərir. Hal-hazırda Bakıda 9, Gəncədə 2, Sumqayıt, Bərdə, Ağcabədi, Beyləqan, Quba və Şəmkirdə müvafiq olaraq 1 filial fəalliyyət göstərir. Bizim məqsədimiz əsas diqqəti regionlara cəlb etməklə filliaların sayını artırmaqdır.Bankın kredit siyasəti əsasən Mikro, Kiçik və Orta sahibkarlığa dəstək üzərində fokuslanır.

Biz dəyər veririk:

  • Müştərilərimizə, onların biznes məqsədlərini həyata keçirmək üçün köməklik etməklə
  • İşçilərimizə, onların fərdi töhfələrini və komanda işini artırmaqda köməklik etməklə
  • Səhmdarlarımıza, stabil daimi inkişaf etməklə
  • Cəmiyyətə, ümumi məsuliiyət daşıyaraq