RİSKLƏRİN İDARƏEDİLMƏSİ

Maliyyə sektorunun müasir şəraitində Risklərin İdarəedilməsi (Risk management) və onların azaldılması Parabank ASC-nin fəaliyyətində mühüm bir rol oyanyır. Risklərin azaldılması sayyəsində əsas metodlardan biri - risklərin kəmiyyət parametlərinin öyrənilməsi və risklərin idarəedilməsi metodların işlənib-hazırlanmasından ibarətdir. Parabank ASC-nin Müşahidə şurası tərəfindən "Risklərin İdarəedilməsi Strategiyası"  qəbul olunub və "Risklərin İdarəedilməsi Siyasəti" təsdiq olunub. 

"Risklərin İdarəedilməsi Strategiyası" fəaliyyətinin zərərsizliyi prinsipinə riayət edilməsində əsaslanır və Bankın öz üzərinə götürdüyü risklərlə qəlirliyin nisbətini optimal olmağının təmin edilməsi üçün nəzərdə tutulub. "Risklərin İdarəedilməsi Strategiyası" növbəti əsas prinsiplərdən istifadə edir:

  • İmkan oluqda Bank riskə gedir;
  • Bank onun kapitalı çərçivəsindən artıq risk etmir;
  • Bankın Rəhbərliyi risklərin nəticələrini düşünür və xırda məsələlər üçün böyük risklərə yol vermir;
  • Ekstra gəlirliyi təmin etmək məqsədi ilə Bank risk situasiaları yaratmır;
  • Bank riskləri nəzarət altında saxlayır;
  • Bank risklərini müştərilər və iştirakçılar arasında bölür və fəaliyyat növlərinə görə diversifikasiya edir;
  • Risklərin təmin edilməsi məqsədi ilə Bank ehtuyyat fondlarını təşkil edir;
  • Bank daimə risklərin dəyişməsini izləyir.

Bankın Strateji məqsədi gəlir/risk nisbətinin idarəedilməsindən ibarətdir. Risklərin idarəedilməsinin ənənəvi üsulu Mərkəzi Bankın təmziləyici funksiyalarının icra olunmasında əsaslanır. Bankın inkişafının yüksək tempini təmin etmək üçün Müşahidə Şurası tərəfindən qoyulan məqsədlərinə uyğun olaraq risklər/gəlirlik nisbəti nəzərə alınmalıdır.   

Risklərin İdarəedilməsində Bankın siyasəti risklərin effektiv idarəedilməsi üçün hər bir risk növü üçün hüdudların və limit parametlərinin təyin edilməsi vasitəsilə dəqiq prosesin təşkil olunmasından ibarətdir. Bütün maliyyə institutlarının gəlirlərin azaldıması tendensiyası şəraitində risklərin idarəedilməsi bankın renatabeliliyinin lazım olan səviyyədə saxlanmasının bir mənbəyidir. Risklərin minimallaşmanın effektiv üsullarından biri - limitlərin təyin olunmsıdır. "Risklərə iştaha" (risk-appetite) əsasında Bank əsas limitləri təyin edir, aktivlərin və passivlərin idarəedilməsi sayyəsində qəbul edilən qərarlarda təyin olunmuş limitlərin pozulub-pozulmamasını digər komitələr tərəfindən yoxlanılır. Bankın biznesinin miqyasına uyğun olan aktivlərin və passivlərin strukurun formalaşmasının təmin edilməsi limitlərin təyinetmə sisteminin əsas vəzifəsidir. 

 Risklərin İdarəedilməsində Bank Mərkəzi Bankın standartlarını, Bazel komitəsinin bank nəzarəti və təmzimlənməsi tövsiyələrini (Bazel II) və Risklərin idarəedilməsi daxili qaydalarını rəhbər tutur.

 

Risklərin İdarədilməsinə cavabdeh olan Bankın struktur bölmələri

Müşahidə Şurası Bank məruz qaldığı risklər haqqında məlumat toplayır. O cümlədən risklərin məqbul səviyyəsini təyin edir və risklərin izlənməsini və idarəedilməsini həyata keçirən struktur bölməsinin işini təmin edir.  

İdarə Heyəti isə Müşahidə Şurası tərəfindən təsdiq olunmuş risklərin idarəedilməsi bölməsini təşkil edir və risklərin idarəedilməsi üzrə lazım olan bütün prosedurları və qaydaları hazırlayır. Idarə Heyəti mütamadi olaraq aylıq və rüblük hesabatın tərkib hissəsi olan risklərin idarəedilməsi hesabatını hazırlayıb Müşahidə Şurasına təqdim edir.

 

İdarə Heyətindən asılı olmayaraq qərar etmək hüququna malik olan Risklərin İdarəedilməsi Daxili Komitələr (bundan sonra daxili komitələr) Müşahidə Şurası tərəfindən təsis olunmuşdur. Bu komitələr İdarə Heyətinin üzvlərindən ibarətdir və Bankın fəaliyyəti haqqında məlumata və risklərin idarəedilməsi sisteminə cavabdehdirlər.  

Təsdiq olunmuş prosedurlara əsasən Daxili Komitələr İdarə Heyətinə və Müşahidə Şurasına hesabatlar verir və növbəti bəndlərə görə cavabdehlik daşıyır:

  • Risklərin identifikasiyası və onların idarəedilməsi metodları
  • Risklərin İdarəedilməsi qaydaların hazırlanması və icra olunmasının nəzarəti
  • Risklərin limitlərinin təyin edilməsi

Risklərin İdarəedilməsi prosesində Müşahidə Şurası tərəfindən bir sıra xüsusi-təyinatlı komitələr təsis olunmuşdur:

  • Kredit Komitəsi
  • Aktivlərin və Passivlərin İdarəedilməsi Komitəsi
  • Risklərin İdarəedilməsi Komitəsi
  • İnformasiya Texnoloqiyası Komitəsi

 

Risklərin İdarəedilməsi Departamenti mütamadi olaraq Bank məruz qaldığı risklər barədə müəyyən komitələri məlumatlandırır. Departament Bankın gündəlik fəaliyyətində Daxili Komitələr tərəfindən müəyyən edilmiş limitlərin aşmasını izləyir. Departament tərəfindən risklərin mütamadi izləməsi və idarəedilməsi qaydaları və prosedurları tərtib edilmişdir. Bank üçün ən prioritet risklər aşağıdakılardır:

  • Kredit risklər
  • Bazar riskləri
  • Əməliyyat riskləri
  • Likvidlik riski

Kredit Riskləri

Kredit riskinin konsentrasiyası iri kreditlərin bir borcalana və ya biri birindən asılı olan şəxslərə kredit verməkdə və yaxud Bankın kreditorlarının iqtisadiyyatın bir sektoruna və ya bir coğrafi regionuna mənsub olmaqlarında aşkar olunur. Həmçinin Bankla əlaqədə olan şəxslərin kreditləşmə nəticəsində kredit riski artır.

Kredit əməliyyatları Parabank ASC-nin prioritet istiqaməti olaraq ən risklilərdən biri olur, məhz buna görə də kredit əməliyytalar üzrə risklərin qiymətləndirilməsi - Bankın maliyyə stabilliyin analizinin mühüm bir hissəsidir. Bank konservativ kredit siyasətini rəhbər tutur. Bank yalnız kreditorlarının fəaliyyəti ilə bağlı bütün risklərinin tam analizindən sonra öz kredit məhsullarını təmin edir. Bank kredit portfelini risk qrupları üzrə diversifikasiya edir. Yüksək kredit riski ilə bağlı olan kreditlərdən imtina edir. Kredit portfelinin strrukturu müddətlərə görə passiv əməliyyatlar nəticəsində cəlb olunmuş vəsaitlərin müddətləri ilə təmzimlənib. 

Kredit resurslarının maksimum dərəcədə effektiv yerləşdirilməsi prosesində risklərin idarəedilməsi məqsədilə Parabank ASC xüsussi hazırlanmış Kredit Siyasətini rəhbər tutur. Kredit siyasəti Bankın kredit fəaliyyətinin əsas məqsəd və prioriteti, vəsaitləri və metodlarını müəyyənləşdirir və kredit əməliyyatlarının həyata keçirilməsi qaydalarını və nəzarəti özündə cəmləşdirir.     

Aşağıdakı hallarda Bank kredit verməkdən imtina edir:  

  • Kredit əməliyyatların risk dərəcəsi yüksək olduqda;
  • Kreditorun maliyyə vəziyyəti bərbad olduqda;
  • Kreditor etibarsız olduqda;
  • Kredit vəsaitlərin qaytarılması mənbəylərin olmadıqda;
  • Müştəri ilə davamlı əməkdaşlıq aparmağa imkan olmadıqda.

Bankın kredit portfelinin formlaşmasının əsas prinsipləri - kredit portfelinin fəaliyyət növü üzrə diversifikasiyası (iqtisadiyyatın seqmentləri), kreditləşməsinin müddətləri, verilən kreditlərinin məbləği, təminat növləri üzrə və reqionlar üzrə diversifikasiya.

Risklərin idarə edilməsi prosesində Bank aşağıdakı metodlardan istifadə edir:

  • Borcalanın maliyə vəziyyətinin, təqdim olunan sənədlərinin düzgünlüyünün qiymətləndirilməsi və maliyyə vəziyyətinin sonrakı monitorinqi;
  • Əvvəl verilmiş kreditlərinin nəzarəti;
  • Təminatların vəziyyətlərin monitorinqi
  • Kredit porfelinin diversifikasiyası
  • Limitlərin müəyyənləşdirilməsi
  • Rezervlərin hesablaşması

Risklərin İdarəedilməsi Departamenti mütamadi olaraq Kredit siyasəti və Risklərin İdarəedilməsi siyasətində təsdiqlənmiş limitlərin pozulmasını izləyir. Pozuntular aşkar olduqda onların nəticələri analiz olunur və Daxili Komitələr və İdarə Heyəti üçün müəyyən hesabat hazırlanır.   

Bazar Riskləri

çıxış edərək həyata keçirir. Bu risklərin idarəedilməsi zamanı milli və xarici valyutanın dəyərinin itirilməsi və digər makroiqtisadi indikatorlar nəzərə alınır.Bütün bu tətbiq olunan metodlar milli və xarici valyuta məzənəsinin dəyişməsi zamanı yaranan itkiləri minimuma endirməyə yardımçı olur. Limitlər həm bir valyuta növü üçün həm də bütün valyutalar üzrə mövqelər üçün.Cari valyuta mövqelərin limitləri başqa valyutalar baxımından bankın öz kapitalın 10%-dan çox ola bilməz.

Valyuta risklərinin idarəedilməsi prosesi bir neçə mərhələdən ibarətdir:

  • Riskin aşkar edilməsi - açıq valyuta və onun riskə məruz qalmaq ehtimalı mövqeyi müəyyən edilir;
  • Valyuta riskinin ölçüsünün kəmiyyət qiymətləndirilməsi;
  • Limitləşmə - hər hansı valyuta üzrə riskin ölçüsünə limitlərin müəyyən edilməsi;
  • Xedjləşmə - əvvəldən olan mövqeyinə qarşı mövqeyinin tutmasını təklif edir;
  • Diversifikasiya - aktivlərin və passivlərin komponentlər üzrə, alətlər vı tırkib hissələri səviyyəsində paylaşması.
  • Valyuta riskinin analizi əsasında:
  • Bankın valyuta mövqeyinin maksimal ölçüsü təyin olunur (valyuta mövqeyinin limitləşməsi)
  • İtkilər nisbətinin maksimal ölçüsü təyin olunur (itkilərin limitləşməsi).

 

 

Faiz riski - faizlərin əlverişsiz dəyişməsi nəticəsində Bankın aktivləri, passivləri və qeyri-balans alətləri üzrə itkilərə məruz qalmaq riski.  

Bank aşağıdakı növ faiz riskləri qiymətləndirir və idarə edir:

  • Aktivlərin, öhdəliklərin və müəyyən olunmuş faiz dərəcəli qeyri-balans maddələrin disbalansı nəticəsində yaranan faiz dərəcəsinin dəyişilməsi;
  • Uzunmüddətli yatırımları üzrə faiz dərəcələri ilə müqaisədə qısa müddətli yatırımların faiz dərəcələrinin dəyişilməsi nəticəsində irəli gələn gəlirlik əyrisinin dəyişilməsi riski.

Bankın faiz siyasəti spredlərin - passiv və aktiv əməliyyatlar üzrə ortaq faiz dərəcələrinin arasındakı fərqinin analizi üzərində qurulur. Spredlər ayrıca milli və xarici valyutalar üzrə hesablanır. Bank faiz dərəcələrinin dəyişməsinin müxtəlif ssenarilərini hesaba alır və öz aktivləri və müəyyən olunmuş faiz dərəcəli öhdəlikləri üzrə faiz dərəcələrinin dəyişilməsinə portfelin həssaslığını yoxlayır.

Likvidlik Riskləri

Likvidliyin itirilməsi riski - Bankın üzərinə götürülmüş öhdəliklərinin tam şəkildə yerinə yetirmək qabiliyyətinin itirilməsi nəticəsində əmələ gələ biləcək itkilərin riskidir. Likvidliyin itirilməsi riski Bankın aktivləri və öhdəlikləri arasında disbalans nəticəsində və ya Bankın maliyyə öhdəliklərinin gözlənilmədən təcili və bir dəfəli icrası nəticəsində əmələ gəlir.  

Likvidliyin idarəedilməsinin məqsədi maliyyə alətləri vasitəsi ilə həyata keçirilən sazişlər nəticəsində Bankın üzərinə götürdüyü öhdəliklərinin tam və vaxtında icra olunmasını təmin edilməsindən ibarətdir. Bunda savayı likvidlik kredit, bazar və əməliyyat risklərini nəzərə alaraq qiymətləndirilir. Likvidliyin idarəedilməsində Bank növbəti əsas prinsiplərini rəhbər tutur:

  • Likvidliyin idarəedilməsi hər gün və dayanmadan həyata keçirilir;
  • Qərar qəbul edərək Bank likvidlik və gəlirlik arasında olan mübahisəni likvidliyin xeyirinə seçim edir;
  • Likvidliyə təsir edən hər bir saziş likvidlik risk baxımından hesaba alınmalıdır. Aktivlərin müxtəlif maliyyə alətlərində yerləşdirərkən Bank vəsait mənbəyinin müddətini və həcmini nəzərə alır.

Likvidlik riskinin tənzimlənməli əsas komponenti - ani, cari və uzunmüddətli likvidlikdir. Ani və cari likvidliyin idarəedilməsi  Bankın müxbir hesablar üzrə cari mövqelərin və perspektiv ödəmə təqvimlər gündəlik olaraq aparılması yolu ilə həyata keçirilir. Pul axınlarının optimallaşdırılması və cari likvidliyin qorunub-saxlanması məqsədilə Bankın Xəzinadarlığı pul bazarlarında əməliyyatlar keçiri. Likvidlik risklərin idarəedilməsi məqsədilə aktivlərin və passivlərin idarəedilməsi prossesinə daxil olan əməliyyatlardan gözlənilən gəlirlərin gündəlik yoxlanması həyata keçirilir.

Likvidliyin idarəedilməsinin effektivliyini və nəzarətin təmin edilməsi məqsədilə Bankda aşağıdakı tədbirlər həyata keçirilir:  

  • Mərkəzi Bank tərəfindən müəyyən edilmiş gündəlik likvidlik normativlərinin riayət edilməsinə gündəlik nəzarəti;  
  • Gündəlik olaraq vəsaitlərin cəlb olunması və yerləşdirilməsi müddətlərinin uyğun olmasına nəzarət olunur - həm bankın mərkəzi aparatı və hər bir filial üzrə həm də konsolidasiya olunmuş qaydada.

Əməliyyat Riskləri

Daxili qaydaların və bank əməliyyatların və sazişlərin prosedurlarının müvafiq qanunvericiliyinin tələblərinə cavab verməməsi və (və ya) Bankın xarakterinə və fəaliyyətinin miqyasına uyğun olmaması nəticəsində əmələ gələn itkilər riskinı - Əməliyyat Riski deyilir. Adı şəkilən qaydaların və prosedurların Bankın işçiləri və kənar şəxslər tərəfindən (bilərəkdən və ya bilməyərək) pozulması, Bank tərəfindən istifadə olunan informasiyon, texnoloji və digər sistemlərin funksional bacarıqların çatışmamazlığı və kənarda baş verən hadisələr əməliyyat riskinə təsir edən faktorlardır. 

Əməliyyat riskinin tənzimlənməli olan əsas komponetlərdən icazəsiz əməliyaytların həyata keçirilməsi, işçi heyəti tərəfindən buraxılan səflər, kompyuter şəbəkələrində və cihazlarda baş verən nasazlıqlar kimi faktorları qeyd etmək olar.

Bank əməliyyat riskininin qiymətləndirilməsində bank nəzarəti Bazel komitəsinin tövsiyələrini (Bazel II) rəhbər tutur. Həmçinin qiymətləndirmədə bal-çəki metodu istifadə olunur. Bu metodun mahiyyəti əməliyyət riskin onun qarşısının alınması üçün keçirilən tədbirlərlə müqaisə əsasında qiymətləndirilməsindən ibarətdir. Əməliyyat riskin qiymətləndirilməsində xal-çəki metodun istifadəsi bu riskin idarəedilməsində zəif və güclü tərəfləri aşkər etmək imkanını verir.

Əməliyyat riskin idarəedilməsinin məqsədi - məlumat və maliyyə itkilərin minimallaşdırılmasıdır. Bu riskin idarəedilməsi Bank əməliyyatları üzrə prosedur qaydaların qəbul edilməsi, əməkdaşların funksiyalarını və səlahiyyətlərini müəyyənləşdirmək üçün vəzifə təlimatların təsdiqlənməsi və s. vasitəsi ilə həyata keçirilir. Əməliyyat riskini minimalla.dırmaq üçün «Parabank» ASC aşağıdakı əsas alətlərdən istifadə edir:

  • Məlumatlara girişi imkanlarının məhdudlaşdırılması;
  • İnformasiya sisteminə icazəsiz girişə qarşı mühafizə sisteminin yaradılması;
  • İnformasiya sistemi tərəfindən icazəsiz əməliyyatların icrasını istisna edən mühafizə sistemin yaradılması;
  • Təkrar olunan hərəkətlərin avtomatik icrası;
  • İstifadəçilərin xərəkətlərin auditi (qeydiyyat və monitorinq).


ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.