KORPORATİV İDARƏETMƏ

Daxili Audit Departamenti aşağıdakı hüquqlara malikdir:

  1. Səhmdarların Ümumi Yığıncağının, Müşahidəsi Şurasının, bankdaxili komitələrin, İdarə heyətinin və digər bütün struktur bölmələrinin vacib əhəmiyyət kəsb edə bilən qərar, protokol, əmr, sərəncam, məktub və göstəriş xarakterli digər normativ sənədlərinin surətlərini əldə etmək;
  2. Bankdaxili prosedura və təlimatları və onlarda olan dəyişiklikləri əldə etmək;
  3. Bankin bütün növ proqram məhsullarından istifadəyə icazəsi olmaq;
  4. Strateji planlaşma üzrə bütün məlumatları, proqonozları və planları, onların yerinə yetirilməsi üzrə hesabatları əldə etmək;
  5. Bankin mülkiyyəti, likvidliyi və rentabelliyi,  həmçinin  digər risk vəziyyətini  müəyyənləşdirmək üçün tədbiq olunan idarəetmə əmsalları üzrə hesabatları əldə etmək;
  6. Auditi aparılan bankın struktur bölməsindən, yoxlanılan dövr üzrə və ya vəziyyətə aydınlıq gətirmək məqsədi ilə audit işinə lazım olan əvvəlki dövrlər üzrə bütün məlumatları tələb etmək;
  7. Yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri sənədləri əldə etmək;
  8. Yoxlanılan struktur bölməsində nağd vəsaitlərin, digər pul qiymətlilərinin, qiymətli kağızların, xüsusi qeyd olunmuş blankların, mal-materialların, əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin mövcud olmasını yoxlamaq və təsdiq etmək;
  9. Hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, saxlama, kredit müqavilələri və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq;
  10.  Hər hansı bir əməliyyatın (əməliyyatların) uçotu və xüsusiyyəti ilə bağlı bankın rəhbər işçilərindən zəruri izahatları tələb etmək;
  11.  Bankin müştəri xidməti strukturları  tərəfindən Azərbaycan qanunvericiliyinə riayət etməklə bağlı həyata keçirilən əməliyyatların məqbul olması ilə əlaqədar bankın müştərilərinə sorğular göndərmək;
  12.  Aşağıdakaı məxfi xarakterli məlumatları əldə etmək;

    13.    Rəhbərliyin və digər işçilərin əmək haqqlari;

    14.    Müştərilərin maliyyə vəziyyəti haqqinda məlumat;

    15.    Bankin mülkiyyətində olan investisiyalar haqqinda biliklər;

    16.    Filiallarin gəlirliliyi;

    17.    Baş rəhbərliyin gələcək planları, bank və kommersiya sirrinə aid digər məlumatları;

VƏZİFƏLƏR:

  1.  Çirkli pulların yuyulmasına qarşı beynəlxalq normalara bank tərəfindən riayət olunmasına nəzarəti həyata keçirmək;
  2.  Bankın fəaliyyətinə və əməliyyatlarına aid digər bütün məlumatları maneəsiz və tam şəkildə əldə etmək;
  3.  Daxili audit fəaliyyəti ilə əlaqədar beynəlxalq praktika və  AMB-nin müəyyən etdiyi digər hüquqlara malik olmaq.
  4.  Bankın bütün struktur bölmələri DAD-ı aşağıdakilar barədə də daima və gecikdirmədən məlumatlandırmalıdırlar:
  5.  Bankın əməkdaşları daxili auditin tələbi ilə gecikdirmədən onları lazımi məlumatlarla təmin etməli, dəstək verməli, bütün lazımi sənədləri təqdim etməli, qiymətli əşyaları, digər predmetləri göstərməli, audit tələb etdiyi hallarda rəfləri və otaqları açmalı, daxili auditin öz funksiyalarının həyata keçirilməsi ilə əlaqədar bütün işləri görməlidirlər. Bununla belə, DAD işçilərinin ayri-ayrı icra strukturlarına və onların əməkdaşlarına  bankın cari vəziyyəti barədə hər hansı göstəriş və ya tapşırıq vermək hüququ yoxdur.
  6.  DAD daxili nəzarət siyasəti istisna olmaqla, bankın siyasətinin müəyyən olunmasında iştirak etmir və ümumiyyətlə, bankın siyasətini və ya onun uyğunluğunu bilavasitə tənqid etmək səlahiyyətinə malik deyil. Lakin bu heç də o demək deyildir ki, DAD faktiki və ya potensial narahatlıq doğuran məsələlərlə üzləşdiyi zaman, həmin məsələlərə laqeyd qalmamalıdır.

 

Daxili Audit Departamentin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

1.       Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;

2.       Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;

3.       Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;

4.       Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi;

5.       Risk etimalı ilə əlaqədar bank kapitalının yoxlanılması və qiymətləndirilməsi;

6.       Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;

7.       Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;

8.       Bankin icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;

9.       Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;

10.    Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;

11.    Bank fəaliyyətinə dair xüsusi qanun və başqa qaydalara əməl olunmasının yoxlanılması və qiymətləndirilməsi;

12.    İdarə heyətinin  bankın strategiyasına  əməl etməsinə nəzarət;

13.    Nəzarət sistemlərinin adekvatlığına nəzarət;

14.    Bankdaxili təlimatlar kitabına, ona olan əlavə və dəyişikliklə nəzarət sistemlərinin adekvatlılığı nöqteyi-nəzərdən rəy bidirilməsi;

15.    Risklərin idarə edilməsi sistemlərinin işləməsinin yoxlanılması və qiymətləndirilməsi;

16.    Plan, Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası  və İdarə Heyətinin müraciəti və Audit Komitəsinin razılığına əsasən bankın fəaliyyətində xüsusi əməliyyatların / sahələrin yoxlanılması və qiymətləndirilməsi;

17.    Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması;

18.    Bankın bütün strukturları və törəmə müəssisələri üzrə onların Əsasnamə funksiyalarına uyğunluğun, işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması və qiymətləndirilməsi;

19.    Normativ-hüquqi aktların və bank daxili qaydaların icrasının vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi;

20.    Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin yoxlanılması və qiymətləndirilməsi;

21.    Bankin maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsi;

22.    Uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyinə icra və nəzarət sistemininyoxlanılması və qiymətləndirilməsi;

23.    Bu Əsasnamə ilə ona verilən səlahiyyətlər çərçivəsində digər sahələrin yoxlanılması və qiymətləndirilməsi;

24.    Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;

25.    Verdiyi tövsiyələrin icrasına nəzarətin həyata keçirilməsi;

26.    Əldə etdiyi məlumatların bankin digər struktur bölmələrinin fəaliyyəti üçün əhəmiyyət kəsb edən hallarda, onların özlərinə verilməsi;

27.    Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə Audit Komitəsinin dərhal məlumatlandırılması;

28.    Daxili auditin vəzifələrinin yerinə yetirilməsində əngəllər yarandığı halda Audit Komitəsinin məlumatlandırılması;

29.    Departamentin əməkdaşlarının müasir səviyyəyə uyğun olaraq ixtisaslarını artırılması qayğısına qalınması;

30.    Əməkdaşlarının vəzifə təlimatlarını, apardığı audit və yoxlamaların planlarını, forması, müddətliliyi və sahələri haqqında qaydaların hazırlanması və onların Audit Komitəsinin təsdiqinə verilməsi;

31.    Audit fəaliyyətinə aid qanunvericilik və beyənlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;

32.    Bu əsasnamə üzrə ona həvalə olunan digər vəzifələr

  1.  DAD əməkdaşları öz fəaliyyətlərini müstəqil, qərəzsiz, sirr saxlamaqla, vicdanla yerinə yetirməlidirlər. Onlar yoxlama prosesində Korporativ etika  qaydalarına əməl etməli, strukturlar və ya bankın əməkdaşları arasında konfliktlərə gətirib çıxara biləcək hərəkətlərə yol verməməlidirlər.
  2.  DAD-ın Direktoru və əməkdaşları, yalnız aşağıdakı tələblərə cavab verən şəxslərdən təyin edilə bilər:

a.       ali iqtisadi və ya  hüquqi təhsil, yaxud Mərkəzi Bank tərəfindən təsdiq edilmiş siyahıya əsasən  ali təhsilə malik olma  və bank sistemində 2 illik iş stajının olması;

b.       Azərbaycan və Beynəlxalq Mühasibat Standartları (BMS) haqqında anlayış və onların tətbiqi təcrübəsi;

c.       daxili audit prosesi üzrə bacarıqlar;

d.       daxili nəzarət sistemlərinin və prosedurlarının qiymətləndirilməsində və yaradılmasında yüksək səviyyəli səriştə;

e.       Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında son biliklər.

f.         müstəqilliyini qorumaq qabiliyyəti;

g.       müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

h.       problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;

i.         Hesabatın hazırlanması və yazma bacarığı                             

DAD-ın qərar qəbuletmə səlahiyyətləri yoxdur

İş prosesi

Parabank-ın əsasən 3 korporativ idarəetmə bölgüsü vardır:

Səhmdarların toplantısı, Müşahidə Şurası və İdarə Heyəti.

Audit Komitəsi Səhmdarların Ümumi Yığıncağının tərkibinə aiddir.

Starteji Planlaşdırma Qrupu, Risklərin İdarəolunması Komitəsi, ALCO, Kredit Komitəsi, İT Komitəsi isə Müşahidə Şurası tərkibinə daxildir.

  • Səhmdarların Ümumi Yığıncağı Parabankın ali orqanı hesab olunur. Səhmdarların Ümumi Yığıncağı bankın əsas qərarlarının verilməsində o cümlədən, yeni səhmlərin buraxılması, seçkilər və Müşahidə Şurasının üzvlərinin vəzifədən uzaqlaşdırılması, bankın daxili siyasətində dəyişiklərin edilməsində əsas qərar verən orqandır.
  • Müşahidə Şurası əsas idarəededici strateji funksiyaların və strateji istiqamətlərin yaradılmasına nəzarət edir. Müşahidə Şurası əsasən korporativ idarəetmənin keyfiyyətinə, biznes prosseslərinə və bankın strateji missiyasının tətbiq olunmasına nəzarət edir.
  • İdarə Heyəti idarəçiliyin yuxarı və orta idarəçilər arasında bölüşdürülməsinə, xidmətlər üçün tariflərin təyin olunmasına, kredit və depozitlər üçün faizlərin təyin olunmasına, Səhmdarlar tərəfində qəbul olunmuş büdcəyə nəzarətə görə cavabdeh qurumdur.

Korporativ İdarəetmə Sisitemində bunlardan əlavə Audit Komitəsi, Risklərin İdarəedilməsi Komitəsi, Kredit Komitəsi, ALCO və İT Komitəsi daxildir. Biz həmçinin 3 illik strateji inkişaf planını hazılamaq üçün Strateji Planlaşdırma qrupu da yaratmışdıq.


AML siyasəti

Parabank-ın AML siyasətinə münəsibəti haqqında aşağıda verilən linkə keçməklə oxuya biləsiniz: 

AML qaydalar

AML sorğu 



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.