İDARƏ HEYƏTİ

İdarə Heyətinin sədri:

Vəli Eldar oğlu Quliyev

2001-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Parabank-da mühasib vəzifəsində başlamışdır. 2005-ci ildə Parabank-da  departament müdiri vəzifəsində çalışmışdır. 24.09.2007-ci ildən “Parabank” ASC-nin İdarə Heyətinin sədridir.

İdarə Heyətinin I sədr müavini:

Azər Abbas oğlu Rəhimli

1981-1984-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-1995-ci illərdə “Arzu” Sənaye-Kommersiya Bankında iqtisadçı və 1995-1996-cı illərdə “Aydınbank” Sənaye-kommersiya bankında baş iqtisadçı vəzifələrində çalışmışdır. 2004-cü ildən Parabank-ın komandasına qoşulan Azər Rəhimli 15.11.2007-ci ildən  “Parabank” ASC-nin İdarə Heyətinin I sədr müavinidir.

İdarə Heyətinin sədr müavini:

Rəcəb Məmməd oğlu Hüseynov

1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1999-2004-cü  illərdə “Borçalı” Kommersiya Bankında fəaliyyət göstərmişdir. 2004-2012-ci illərdə Azərbaycan Kredit Bankında sədr müavini vəzifəsində çalışmışdır. 01.02.2012-ci ildən “Parabank” ASC-nin sədr müavinidir.

İdarə Heyətinin üzvü

Nigar Allahverdi qızı Mehdiyeva

1989-1994-cü  illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.1994-1995-ci illərdə “Arzu” Sənaye-Kommersiya Bankında iqtisadçı, 1995-1996-cı illərdə “Aydınbank” Sənaye-kommersiya bankında baş iqtisdçı vəzifələrində çalışmışdır. 1996-cı ildən əmək fəaliyyətini “Kövsərbank” ASC-də baş mühasibin müavini kimi davam etdirmişdir. 2003-cü ildən Parabank-ın komandasına qoşulan Nigar Mehdiyeva 15.11.2007-ci ildən “Parabank” ASC İdarə Heyətinin üzvüdür.



ŞİKAYƏT VƏ TƏKLİFLƏR QUTUSU

ONLİNE KONSULTANT

Xidmət bankın iş günləri I-V günlər saat 09:00-dan 18:00-dək, VI günlər isə saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir.